Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Qonağımız var” layihəsi çərçivəsində Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında detektiv yazıçı Müşfiq Abbasovla görüş təşkil olunub.
Görüşdə rəsmilər, mədəniyyət işçiləri və oxucular iştirak ediblər.
Yazıçının həyat və yaradıcılığı haqqında videoçarx təqdim edildikdən sonra tədbir açıq elan edilib.
Müşfiq Abbasov çıxışında bildirib ki, Azərbaycanda detektiv janrı ədəbiyyatın nisbətən gənc istiqaməti sayılsa da, hər zaman maraq oyatdığı üçün geniş oxucu kütləsinə malikdir. Daha sonra “- 4” , “Qan haqqı”, “Şeytanın siması” romanlarından söz açıb.
Sonda yazıçı oxucuların ona ünvanlanan suallarını cavablandırıb və imzalı kitablarını görüş iştirakçılarına hədiyyə edib.


