Milli Məclisin deputatı Şahin Seyidzadənin “Telegram” hesabı ələ keçirilib.
Bu barədə Ş.Seyidzadə öz “Facebook” hesabında paylaşım edib.
“Hörmətli dostlar və həmkarlar!
Hazırda mənim #Telegram hesabımdan icazəsiz şəkildə mesajlar göndərilir. Xahiş edirəm, həmin mesajlara reaksiya verməyin, linklərə keçməyin və heç bir əməliyyat etməyin.
Hazırda mütəxəssislər problemin aradan qaldırılması üzərində çalışırlar.
Yaranmış narahatlığa görə üzr istəyir və anlayışınıza görə təşəkkür edirəm”, – deyə paylaşımda qeyd edilib.



