Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı əməliyyatxanalarda istifadə olunan sərf materiallarının satın alınması ilə bağlı tenderin nəticələrini açıqlayıb.
Plat.az-ın məlumatına əsasən, Dövlət Gömrük Komitəsi xidmətlərin göstərilməsi məqsədilə “AZƏRİ MED” MMC 1 milyon 841 min 152 manat ödəniş edəcək.
Qeyd edək ki, şirkət 2004-cü ildə qeydiyyata alınıb və tibbi məhsulların, dərman vasitələrinin, tibbi cihazların və sərf materiallarının təchizatı ilə məşğul olur. Şirkətin qanuni təmsilçisi Famil Rəhimli, nizamnamə kapitalı isə 8 milyon 255 min 510 manatdır.
Onu da bildirək ki, mediada yayılan məlumatlarda “Azəri Med” MMC-nin deputat Kamaləddin Qafarovla əlaqəli olduğu bildirilir.


