Ailə Məcəlləsi də daxil olmaqla qanunvericilikdə qadınlara münasibətdə istifadə olunan “arvad” ifadəsinin dəyişdirilməsi məqsədəuyğun olar. Bunu deputat Bəhruz Məhərrov deyib.
Deputat qeyd edib ki, dil və ictimai münasibətlər inkişaf etdikcə terminologiya da dəyişir.
“Bu gün heç bir xanım ona həmin ifadə ilə müraciət edilməsini arzulamaz”, – Məhərrəmov deyib.
Onun sözlərinə görə, gələcəkdə qanunvericilikdə və o cümlədən Azərbaycan Konstitusiyasında müvafiq dəyişikliklərin aparılması məqsədəuyğun hesab edilə bilər.
Deputat gender məsələləri ilə bağlı müzakirələrdə ehtiyatlı yanaşmanın vacibliyini də vurğulayıb.
Məhərrəmov bildirib ki, Azərbaycanda kişi və qadının ailədə rolu “həyat yoldaşı” anlayışı çərçivəsində formalaşıb və əsas məqsəd milli ailə institutunun qorunması olmalıdır.
“Biz məsələyə reallıq pəncərəsindən baxmalıyıq”, – deputat əlavə edib.
TREND
- Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib
- İranın neft naziri istefa verdi
- Gülnaz Dadaşova beynəlxalq konfransda təltif olundu – FOTOLAR
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb


