Bakıda nənə və nəvə dəm qazından boğulub.
Baku.News xəbər verir ki , hadisə dünən Nərimanov rayonu, Məmməd Araz küçəsi 52 ünvanında baş verib.
Belə ki, 1951-ci il təvəllüdlü Əliyeva Sevil İsa qızı və nəvəsi, 2008-ci il təvəllüdlü İsmayılov Ülvi Elşad oğlu yaşadıqları mənzilin mətbəx otağında dəm qazından boğularaq ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları gəlib və meyitlərə baxış keçirilib. Müəyyən edilib ki, həmin şəxslər dəm qazından boğularaq dünyasını dəyişib.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü maddəsilə cinayət işi başlanıb.
TREND
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib
- Daşkənddə beynəlxalq kardiologiya tədbirləri keçirilir


