Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvi üçün müraciət və sənədlərin qəbulu elektronlaşdırılmışdır. Bunun üçün müraciət edən şəxs e-emlak.gov.az portalına daxil olaraq, “Elektron xidmətlər” bölməsindən “Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvi üçün müraciət və sənədlərin qəbulu”nu seçərək, açılan səhifədə tələb olunan məlumatları qeyd edir və lazımi sənədləri müraciətə əlavə edir.
Ərizəçinin öz ərizəsinə əlavə etməli olduğu sənədlər: 1) ipoteka saxlayanın ərizəsi və ya ipotekanın ləğvinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı; 2) ipoteka saxlayan adından müraciət edən nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd və onun adına verilən etibarnamədir.
Xidmətin həyata keçirilməsi üçün dövlət rüsumu və xidmət haqqı ödənilir.
Ərizəçinin elektron müraciəti qeydiyyata alınır və bu barədə ona elektron təsdiqetmə bildirişi göndərilir. Ərizə icra olunduqdan sonra ipotekanın qeydiyyatının ləğvinə dair “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin müvafiq Ərazi İdarəsi tərəfindən ipoteka saxlayana bildiriş ünvanlanır.


