Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində daimi dövlət qulluğuna qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib.
Mərasimdə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova, dövlət qulluğunun cəmiyyət və dövlət qarşısında yüksək məsuliyyəti olan ən şərəfli fəaliyyət sahələrindən biri olduğunu qeyd edərək, dövlət qulluğu sisteminin inkişafı və peşəkar kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl islahatlardan bəhs edib. O, həyata keçirilən islahatların peşəkarlığın, şəffaflığın və səmərəliliyin artırılmasına xidmət etdiyini bildirib.
B.Muradova, daimi dövlət qulluğuna qəbul olunan əməkdaşları dövlətçilik prinsiplərinə və andlarına sadiq qalmağa çağırıb, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra daimi dövlət qulluğuna qəbul olunan Nurəddin Babazadə, Bahar Həsənli və Aysel Babayeva and içərək onlara göstərilən etimadı doğruldacaqlarına, vəzifə borclarını vicdanla və məsuliyyətlə yerinə yetirəcəklərinə söz veriblər.
Sonda daimi dövlət qulluğuna qəbul olunmuş əməkdaşlara qəbulu təsdiq edən şəhadətnamələr təqdim edilib.
TREND
- Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib
- İranın neft naziri istefa verdi
- Gülnaz Dadaşova beynəlxalq konfransda təltif olundu – FOTOLAR
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb


