Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropadan kənarda istehsal edilən daha bir vaksinin istifadəsinə icazə verib.
BAKU.NEWS Rusiya mediasına istinadla xəbər verir ki, Hindistanın “Brahat Biotech” əczaçılıq şirkətinin istehsalı olan “Covaxin” adlı preparatın tətbiqinə razılıq verilib. Effektivliyi 78% olan dərman vasitəsi yaşı 18-dən yuxarı olan bütün insanlara tətbiq edilə bilər. Hindistanlı mütəxəssislərin hazırladığı vaksin xüsusi saxlanma şəraiti tələb etmədiyi üçün kasıb ölkələrin daha çox marağına səbəb olacağı bildirilir.
Vaksin aralarında 4 həftə fasilə olmaqla 2 dozada tətbiq ediləcək.


