BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi 8 gün ərzində 331861 sərnişinə xidmət göstərilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, 18 Nəqliyyat Mübadilə Mərkəzindən ötən gün 45 minə yaxın sərnişin ödənişsiz daşınıb.


