Çində son sutka ərzində daha 12 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.
BAKU.NEWS bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 85 482-yə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür.
Ümumilikdə 80 635 xəstə sağalıb. Ölkədə 213 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2-nin vəziyyəti ağır qiymətləndirilir.


