Azərbaycanla Ermənistan arasında hərbi əsirlərin növbəti mübadiləsi baş verib.
BAKU.NEWS bildirir ki, bu barədə “Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir.
Azərbaycana Cəmil Babayev, qarşı tərəfə isə iki erməni təhvil verilib.
Proses Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı Rüstəm Muradovun vasitəçiliyi ilə baş tutub.


