Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xalqını Bayraq günü münasibətilə təbrik edib.
BAKU.NEWS xəbər verir ki, o, bu barədə tvitterdə yazıb:
“Qardaş Azərbaycanın Dövlət Bayraq günü mübarək olsun. Qəhrəman ordusunun azad etdiyi torpaqlarda şanlı Azərbaycan bayrağı yenidən dalğalanır. Üç rəngli bayrağınla məsut yaşa, can Azərbaycan”.


