Hazırda müşahidə edilən yağışlı və küləkli hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti – Hava limanı – Bilgəh, Zığ dairəsi – Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən BAKU.NEWS-a bildirilib.
Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə olunur ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin meteoroloji amilləri nəzərə alsınlar.


