Noyabrın 5-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.
Dövlət Sosial Müdafiə Fondundan BAKU.NEWS-a verilən məlumata görə, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
Bundan əvvəl, oktyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, oktyabrın 14-də isə ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib.


