İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyininin Ümumi Yığıncağının qərarı ilə Röya İsrafilova qurumun İctimaiyyətlə əlaqələr və mətbuat departamentinin rəhbəri təyin edilib.
Qeyd edək ki, Röya İsrafilova 1991-ci ildə Saatlı rayonunun Nərimankənd kəndində anadan olub. Orta təhsilini həmin kəndin Murad Mehbalıyev adına tam orta məktəbində, ali təhsilini isə Bakı Qızlar Universitetinin jurnalistika fakültəsində alıb.
2017-ci ilin sentyabr ayından AMEA Mərkəzi Elmi Kitabxanasının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsində mütəxəssis olaraq çalışır.
2018-ci ildə Azərbaycan televiziyasında “MZ Production” nın layihəsi olan “Müasir Azərbaycan Gənci” proqramında, “Yeni Media”, “Qəbələ TV”, “Dialoq TV” və digər internet kanallarında çalışıb.
2019-cu ildə AzTV-nin nəzdində fəaliyyət göstərən “Teleradio Akademiyası”nda ixtisas təhsili alıb.
Hal-hazırda müxtəlif internet kanalları və media orqanları ilə əməkdaşlıq edir.


