Prezident İlham Əliyev 2 İyul – Polis Günü ilə bağlı sərəncam imzalayıb.
BAKU.NEWS xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilsin:
polis polkovniki Əlaslan Qaçay oğlu Ağayevə
polis polkovniki İslam Möhsüm oğlu Hümbətova
polis polkovniki Əkbər Məcid oğlu İsmayılova
polis polkovniki Əbülfət Əhəd oğlu Rzayevə.


