Argentina Prezidenti Xavyer Miley aktrisa Fatima Flores ilə münasibətlərinin bitdiyini açıqlayıb.
Siyasətçi sosial şəbəkədə qərarın qarşılıqlı olduğunu və iş qrafiklərindəki uyğunsuzluqla əlaqədar olduğunu bildirib.
O qeyd edib ki, vəzifəsindən asılı olaraq, fasiləsiz çalışır və daim yolda olur.
Prezident əmin edib ki, keçmiş sevgililər bir-birlərinə sevgi və hörmət bəslədikləri, ümumiyyətlə bir-birlərinə pərəstiş etdikləri üçün dostluq münasibətlərini davam etdirmək niyyətindədirlər.
Xatırladaq ki, 53 yaşlı Mayli ilə 43 yaşlı Floresin romantikası 2023-cü ilin yayında, siyasətçinin seçkilərə qatılmağa hazırlaşdığı vaxt başlayıb – cütlük televiziya verilişində tanış olub. (Publika.az)


