Bolqarıstanda üç gündür koronavirusla bağlı vəziyyətdə rekord göstəricilər qeydə alınır.
BAKU.NEWS “TASS”a istinadən xəbər verir ki, son sutka ərzində ölkədə rekord sayda – 516 nəfərdə koronavirus aşkarlanıb ki, bu da ötəngünkü göstəricədən 79 nəfər çoxdur. Bolqarıstanda koronavirusa yoluxanların ümumi sayı 23 579-dur.
Son sutka ərzində koronaviruslu 7 pasiyent dünyasını dəyişib, ölüm hallarının ümumi sayı 880-ə yüksəlib.
Hazırda xəstəxanalarda 1 063 pasiyentin müalicəsi davam etdirilir, onlardan 56-sı intentiv terapiya şöbələrindədir. Pandemiyanın başladığı vaxtdan indiyədək ölkədə 15 563 nəfər sağalıb.


