Avstraliya hakimiyyəti 2021-ci ilə qədər turistlər üçün sərhədlər açmağı planlaşdırmır.
BAKU.NEWS RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Lonely Planet” məlumat yayıb.
Avstraliya pandemiya ilə uğurla mübarizə aparıb, amma hələ xarici səyahətçilər üçün risk etməyə və sərhədlər açmağa tələsmir. Orada, Yeni Zelandiyada olduğu kimi, ciddi təcrid qaydaları və sərt sərhəd nəzarətindən istifadə edərək kütləvi yoluxmanın qarşısı alındı.
Ölkənin turizm naziri Saymon Birminqham beynəlxalq turizmə qoyulan qadağanın çox güman ki, 2021-ci ilə qədər qüvvədə olacağını açıqlayıb.


