“Bu il əlil və şəhid ailələrinə 800-dən artıq mənzilin verilməsi nəzərdə tutulur”.
Baku.News xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşündə deyib.
Onun sözlərinə görə, bu il həm də müharibə əlillərinə 170-180 avtomobil veriləcək.
Nazir qeyd edib ki, sosialyönümlü tədbirlər davamlı şəkildə icra olunacaq: “Bu gün üçün ölkədə müharibə əlillərindən 20 min nəfər təqaüd və pensiya, şəhid ailələrindən isə 15 min nəfər sosial müavinət alır. Sosial müavinətlər və təqaüdlərin optimallaşdırılması üçün işlər görülür və sistem daha da təkmilləşdiriləcək”.
S.Babayev deyib ki, bu il üçün 7000-dən çox ailə özünəməşğulluq üçün nazirliyə müraciət edib: “Onlar arasında ilk növbədə müharibə əlilləri və şəhid ailələrinə üstünlük veriləcək”.
TREND
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib
- Daşkənddə beynəlxalq kardiologiya tədbirləri keçirilir


