“Bu gün Azərbaycan tarixində bir ilk yaşanır”.
Bu sözləri Beynəlxalq, Türkdilli və Xəzəryanı Dövlətlərin Səhiyyə Menecmenti Konqresində Yeni Klinikanın direktor müavini Ravil Tağıyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda indiyədək tibbin müxtəlif ixtisas sahələri üzrə çoxsaylı uğurlu tədbirlər və konfranslar keçirilib.
“Bəlkə də 40-dan çox ixtisas sahəsi üzrə tədbirlər təşkil olunub. Lakin səhiyyə idarəçiliyi ilə bağlı beynəlxalq tədbir ilk dəfədir keçirilir. Bu baxımdan bugünkü gün əlamətdardır.
İyulun 3-4-də I Türkdilli, I Xəzəryanı və I Beynəlxalq Səhiyyə Menecmenti Konqresi keçirilir. Tədbiri əlamətdar edən məqamlardan biri də 10 ölkənin nümayəndələrinin burada iştirak etməsidir. Konqresdə ABŞ, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, qardaş ölkələr olan Qazaxıstan və Özbəkistan da daxil olmaqla müxtəlif ölkələrdən nümayəndələr iştirak edirlər.
Düşünürük ki, səhiyyə idarəçiliyinə maraq göstərən, bu sahənin inkişafını düşünən hər kəs bu tədbirdən faydalana bilər”.
TREND
- ETKİ rəhbərliyi Zəfər Günü münasibətilə ağacəkmə aksiyasında iştirak edib
- DSMF: 10 ayda sosial sığorta haqları üzrə daxilolmalar 5,8 % artıb
- Bu gün Bakı Metropoliteni işçilərinin peşə bayramıdır
- Paytaxtda avtobuslarla sərnişindaşımada rekord göstərici qeydə alınıb
- Azərbaycan və Ukrayna iqtisadi əməkdaşlığın inkişafı üzrə Fəaliyyət Planı qəbul edib
- 6 Noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
- Bakıda BMT sammiti çərçivəsində ikitərəfli görüşlər keçirilib
- “Omid” mağazalar şəbəkəsinin rəhbəri HƏBS EDİLDİ


