Möhtərəm Preident cənab İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi, təkcə Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına görə deyil, eləcə də bölgədə və dünyada sülhə, insan qardaşlığına və qlobal sabitliyə verdiyi misilsiz töhfələrə görədir.
Möhtərəm Prezident cənab İlham Əliyev bütün dünyaya sübut etdi ki, güc və diplomatiya vəhdət təşkil etdikdə nəticə qaçılmazdır. Bu günlərdə Ölkə başçısının “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi, təkcə Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına görə deyil, eləcə də bölgədə və dünyada sülhə, insan qardaşlığına və qlobal sabitliyə verdiyi misilsiz töhfələrə görədir. Bu mükafat dövlətimizin başçısına beynəlxalq ictimaiyyət tərəfindən verilən ən yüksək qiymət və ehtiramın bariz nümunəsi sayılmalıdır. Bildiyimiz kimi Birləşmiş Ərəb Əmirlikləri dünyada sülh və tolerantlıq mərkəzi kimi tanınır. Azərbaycan da eyni dəyərləri paylaşır. İki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətləri bu mükafatla daha da dərinləşir.
Təqdimat mərasimində iştirak edən dünya liderləri, nüfuzlu din xadimləri və ictimaiyyət nümayəndələri Azərbaycanın uğurunu alqışlayırlar. Tarix sübut edir ki, dağıtmaq asandır, qurmaq isə çətin. Möhtərəm Prezident İlham Əliyev ən çətin olanı seçdi və uğur qazandı. Mükafatın təqdimatı məhz bu reallığın beynəlxalq etirafıdır. Sülh müqaviləsi paraflanıb, mükafat verilib, indi isə quruculuq və inkişaf zamanıdır. Azərbaycan buna hazırdır və bütün dünyaya öz gücünü, humanistliyini bir daha nümayiş etdirir. Əldə olunan uğur hamımızındır, bütün regionundur, bütün tərəqqipərvər bəşəriyyətindir.
Şübhəsiz ki, cənab Prezident İlham Əliyevə ən böyük və əvəzolunmaz mükafatı Azərbaycan xalqı özü verib. Bu, etimad və sevgi mükafatıdır. O, Xilaskar, Qalib Sərkərdə və Müzəffər Ali Baş Komandan kimi iki əsrdən bəri xalqımızın qarşısında duran ən çətin və ağrılı məsələnin həllinə nail oldu. İndi tam qətiyyətlə deyə bilərik ki, Ölkə başçısı dövlətimizi uğurla gələcəyə doğru aparan, ən yüksək zirvələri fəth etməyə qadir Liderdir. 2026-cı il 4 fevral tarixi Cənubi Qafqazın tarixində ağ səhifənin açıldığı gün kimi də xatırlanacaq. Prezident İlham Əliyevin qazandığı “Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycan xalqının qələbəsinin, müdrikliyinin və sülhsevərliyinin beynəlxalq səviyyədə təsdiqidir.
Ataş Əsədov;
Neftçala rayonu


