Beynəlxalq əhəmiyyətə malik tədbirlərin Qarabağımızın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi “Qarabağ Azərbaycandır” devizinin bir daha dünyaya çatdırılmasında vacib əhəmiyyətə malikdir.
Bu gün ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq bir ənənəyə çevrilib. Bu tədbirlərin ölkəmizdə keçirilməsi nə qədər əhəmiyyətlidirsə, belə tədbirlərin işğaldan azad edilmiş ərazilərdə keçirilməsi isə hər bir azərbaycanlı üçün bir o qədər də qürürvericidir. Cari ilin iyul ayının 6-da Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının növbəti qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ölkəmizin bir daha türk dünyasın birliyinə növbəti uğurlu töhfəsi kimi qəbul edilməkdədir. Xüsusi olaraq vurğulanmalıdır ki, tədbirin beynəlxalq nüfuzu hər ötən il artmaqdadır. Təşkilatın 2024-cü il üşün Zirvə görüşünün tarixi Şuşa şəhərində keçirilməsi, həm də Ermənistan və onun havadarlarına xüsusi bir mesajdır. Bu gün bütün dünyanın nəzər nöqtəsi Azərbaycana, o, cümlədən işğal olunmuş ərazilərimizə istiqamətlənib. Məhz bu vəziyyət bizlərə bir daha imkan verir ki, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə doğru-düzgün çatdıraq. reallıqlarını,mövcud veziyyətdə yaşanan hal-hazırkı vəziyyəti çatdıra bilsin. Qütbləşən dünyada türk dövlətlərinin birliyə nail olmaq istiqamətində səyləri onu deməyə əsas verir ki, bizlər ən qısa zamanda böyük türk dünyasına şahidlik edəcəyik.
Bu birliyinin qüdrətlənməsinə Azərbaycan da xüsusi töhfələr verməkdədir.
Bu gün türkdilli dövlətlərin birliyinin güclənməsi, onların vahid bir amal uğrunda mübarizə aparması ölkələrimizin bir-birinə daha sıx inteqrasiya etməsinə, xalqlarımızın qaynayıb qarışmasına zəmin yaradacaqdır. Belə olan halda Şuşa şəhərində keçirilən və artıq ənənə halı alan bu cür zirvə görüşlərinin əhəmiyyəti ölçüyəgəlməzdir. Bu gün fəxarət verici hallardan biri də odur ki, bu görüşdə iştirak edən dövlət və hökümət başçıları Şuşa şəhərinə, işğaldan azad edilmiş rayonlarımızdan biri olan, abadlıq-quruculuq işlərinin böyük sürətlə aparıldığı Fizuli rayonundakı yeni tikilmiş beynəlxalq hava limanından istifadə etməklə gəldilər. Bu fakt özlüyündə onu deməyə əsas verir ki, Azərbaycan dövləti bütün işğaldan azad edilmiş ərazilərində geniş quruculuq işləri həyata keçirir ki, bu da öz növbəsində Böyük Qayıdış proqramının vaxtında və keyfiyyətlə icra olunmasını şərtləndirəcək amillərdəndir.
Şahin Abdiyev;
Neftçala rayonu


