Böyük Britaniyada son sutka ərzində koronavirusa yoluxanların sayı rekord sayda – 12 872 nəfər artıb.
BAKU.NEWS bildirir ki, bu barədə “TASS” xəbər verib.
Daha əvvəlki rekord (7 143 yoluxma halı) sentyabrın 29-da qeydə alınmışdı.
Həmçinin qeyd olunur ki, son 24 saat ərzində ölkədə 49 nəfər COVID-19-un qurbanı olub.
Pandemiyanın başladığı vaxtdan indiyədək Britaniyada 480 mindən çox insan koronavirusa yoluxub, 42 mindən çox xəstə isə vəfat edib.


