Brent markalı neftin avqust fyuçerslərinin qiyməti 1,18% bahalaşıb.
BAKU.NEWS xəbər verir ki, hazırda “qara qızıl”ın bir bareli 72,15 dollardan satılır. Brent sonuncu dəfə 2019-cu ulin mayında 72 dollardan baha qiymətə olub.
WTI markalı neft isə 1,12% bahalaşaraq 69,39 dollara satılır.
WTI markalı neftin qiyməti sonuncu dəfə 2018-ci ilin oktyabrında 69 dollardan yuxarı olub.


