Braziliya Prezidenti Jair Bolsonarunun həyat yoldaşı Mişel Bolsonaru koronavirusa yoluxub.
BAKU.NEWS bildirir ki, bu barədə “TASS” respublika başçısının Mətbuat Xidmətinə istinadən xəbər verib.
“Mişel Bolsonaru cümə axşamı günü, iyulun 30-da koronavirus testi verdi, nəticə müsbət çıxdı”, – Mətbuat Xidmətində bildiriblər.
Hazırda 37 yaşlı birinci xanım karantinə yerləşdirilib. O, Prezident Administrasiyası həkimlərinin nəzarəti altında olacaq.


