“Boeing” şirkəti “Srivijaya Air” aviaşirkətinin “Boeing 737-500” sərnişin təyyarəsinin Yavan dənizində qəzaya uğramasını diqqətlə izləyir.
BAKU.NEWS bildirir ki, bu barədə şirkətin tvitterində bildirilib.
“Biz Cakarta KİV-dəki xəbərləri bilirik və vəziyyəti diqqətlə izləyirik. Biz daha çox məlumat toplamaq üçün çalışırıq”, – paylaşımda deyilir.
Qeyd edək ki, dənizə düşən təyyarənin göyərtəsində 65 nəfər olub.


