Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Redaksiya President.az-a istinadən təbrik məktubunun mətnini təqdim edir:
“Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Milli günlər ölkələrin keçdiyi yolu, beynəlxalq ictimaiyyətə verdiyi töhfələri və gələcəyini istiqamətləndirən arzuları dəyərləndirmək üçün mühüm fürsətdir. Eyni zamanda, onlar qlobal çağırışların həllində dialoqun və həmrəyliyin əhəmiyyətini bizə xatırladır.
Bu gün dünya təxirəsalınmaz sınaqlarla – müharibələrin sona çatdırılması və yenilərinin qarşısının alınması, iqlim böhranı ilə mübarizə, bərabərsizliklərin azaldılması və güclü texnologiyaların məsuliyyətlə yönləndirilməsi ilə üz-üzədir. Bu və digər çağırışların həlli sülhün, təhlükəsizliyin təmin olunması, Dayanıqlı İnkişaf Məqsədlərinin irəlilədilməsi və insan hüquqlarının qorunması naminə yenilənmiş əməkdaşlığa, çoxtərəfli tərəfdaşlığa sadiqlik tələb edir.
Bu əlamətdar gün münasibətilə bir daha Azərbaycan Respublikasının xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
TREND
- Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib
- İranın neft naziri istefa verdi
- Gülnaz Dadaşova beynəlxalq konfransda təltif olundu – FOTOLAR
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb


