BAKU.NEWS dünyanın hər yerində keçirilən endirim günlərini izləyir və Azərbaycanda da bu günlərdə endirim edən şirkətlərin fürsətlərini analiz etməyə davam edir.
Yenə də öz qeyr-adi layihələri ilə gündəm yaradan Azərbaycanın ilk Mağazalar Platforması Ekspres AVM gözə dəyir və bizə bu xəbərin yazılmasına vəsilə olur.
Belə ki, Ekspres AVM onlayın alış-veriş platforması, Noyabr ayının 26-sı başlayan və adətən 1 gün keçirilən endirim kampaniyasını həftə sonunadək uzatmağa və üstəlik Bazar Ertəsi də Kiber Endirim Günü keçirməyə qərarlıdır. Bu haqda bilgini adını çəkmək istəmədiyimiz Ekspres AVM əməkdaşı bizimlə bölüşdü.
Diqqətimizi çəkən isə Black sözünü Bilək olaraq dəyişmələri və kampaniya adının Bilək Friday şəklində təqdim edilməsidir. Bu cür layihələrin keçirilməsi yalnız alqışlana bilər və hər kəsi belə layihələrdə aktiv iştirak etməyə dəvət edirik.
Ətraflı, Ekspres AVM-yə aid rəsmi Instagram hesabından (@ekspresaz) məlumatları diqqətinizə çatdırırıq:
26 Noyabr tarixindən Platformamız 💪BİLƏK FRIDAY kampaniyası altında, tam ENDİRİM gücü ilə sevənlərini və alıcılarını sevindirməyə başlayır.
👊 Bu çətin günlərdə Dəmir Yumruq kimi birləşərək, Azərbaycanın ərazi bütövlüyünü qoruyan igid ordumuza və onlara 1 saniyə belə dəstəklərini əsirgəməyən xalqımıza dərin minnətdarlığımızı və ən xoş diləklərimizi bildiririk!
Məhz bu səbəbdən dünyanın hər il gözlədiyi Black Friday endirim günlərini biz, ordumuza həsr edərək Bilək Friday adı altında onlarla bölüşmək istəyirik. Çünki bu günlərdə alınan və satılan, xərclənən və qazanılan bütün məhsullarımızın 100% qazancını onlarla paylaşmaq istəyirik!
Bilirik, Sizin də soyuq qış günlərində onlarla paylaşmaq istədikləriniz var və Endirimlərdən yararlanaraq igidlərimizin özlərinə və ailələrinə ehtiyyaclarına görə məhsullar göndərə bilərsiniz.
Bizi və özünüzü bu arzuya çatdıracağınız üçün hər birinizə dərin minnətdarlığımızı bildiririk! Bizimlə bu işdə ortaq olduğunuz üçün özünüzü çox xoşbəxt saydığınızı da hiss edirik.
🎁 “Hər alışın bir Şəhid, hər satışın bir Qazi ailəsi sevindirir.”
Çatdırma qiymətlərini ən aşağıya endirdik:
Bakı daxili = 3.99 AZN (10kq-dək)
Bölgələrə = 9.99 AZN (10kq-dək)
Naxçıvana = 12.99 AZN (10kq-dək)
Biləyimiz möhkəm və Vətənimiz daimi olsun!
www.ekspres.az
Hər kəsə uğurlu və xeyirli alış-verişlər diləyirik!







