Artıq 1 ay idiki hamımız gərgin, həyacanla eyni zamanda sevinclə işləyirdik. Çünki qarşıda bizi 1 Supertoys mağazamızın və 1 Toba velosiped mağazamızın açılışı, 1 iyun Uşaqların beynəlxalq müdafiəsi günü, Uşaqlar evinə ziyarət, Qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası,Azerbaijan kids best model yarışması gözləyirdi. İşlərimiz çox, vaxtımız az idi. Amma çox qürur hissi ilə deyirəm ki, komandamız bütün bu işlərin öhdəsindən peşəkarcasına gəldi.
Marketinq komandamız bütün sosial layihələrimizi, tədbir təşkilatçılığımızı uğurla başa vurdular. Merçendayzinq komandamız filiallarımızı 1 iyun üçün yenilədi. Ustalarımız gecə gündüz işləyib filiallarımızı tez təhvil verdilər.
Sürücülərimiz gecə gündüz məhsullarımızı çatdırdılar. Anbar əməkdaşlarımız məhsulların tez bir zamanda hazırlanmağına dəstək oldular.
İnsan Resursları şöbəmiz bütün filiallarımızı işçilərlə təmin etdilər.
Mühasiblərimiz filiallarımıza təlimlər hazırlayıb bayrama komandanı hazırladılar. SMM lərimiz gecə gündüz bütün müştərilərin sorğularını cavablandırdılar.
Kamera müşahidəçilərimiz bütün filialları nəzarətdə saxlayaraq kömək ehtiyac olan filialları bildirib dəstək oldular. Proqramistlərimiz yeni filialları tez bir zamanda İT avadanlıqları və proqram təminatı ilə təmin etdilər.
Filiallarımız,animatorlarımız bütün günlərdə gərgin iş rejimində çalışaraq artım ilə ayı başa vurdular.
Komanda işi budur. Belə bir komandanın üzvü olmaqdan qürur duyuram. Çünki biz təkcə pul qazanmaq üçün çalışmırıq, biz bütün uşaqları xoşbəxt etmək üçün çalışırıq.
Yaxşıki varsız əziz Supertoys komandası!
“Supertoys uşaq oyuncaqları” mağazalar şəbəkəsinin
direktor müavini Səidə Fətullazadə




















