Qırğızıstanın paytaxtı Bişkekdə etiraz aksiyasının iştirakçıları dövlət başçısının administrasiyasının olduğu parlament binasını tutublar.
BAKU.NEWS xəbər verir ki, bu barədə TASS bildirib.
Nümayişçilər binanı mühafizə edən milis əməkdaşlarına yandırıcı qarışıqların olduğu butılkalar atıblar və onları daşa basıblar. Daxili İşlər Nazirliyinin xüsusi bölmələrinin silahlıları buna rezin güllələrlə cavab veriblər. Parlament binası yanında qarşıdurma 1 saatdan artıq davam edib.




