Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət daha 100 minaztəminatlı üçün birdəfəlik vəsait (190 manat) aidiyyəti üzrə bank və poçt filallarına köçürülüb.
Vəsaiti köçürülən şəxslərə bu ödəməni almaq üçün müraciət edərkən qeyd etdikləritelefon nömrəsinə SMS göndərilir.
Onlara mesaj gəldikdən sonra, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edilibsə, istənilən poçt şöbəsinə, bank göstərilibsə, həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət etməklə birdəfəlik ödəməni ala bilərlər.
Aprelin 9-dan birdəfə ödənişlərin verilməsinə başlanıb.
Artıq birdəfəlik ödəmə vəsaiti köçürülənlərin sayı 500 minə çatıb.Hazırda ödənilən maliyyənin ümumi məbləği 95 milyon manatdır.


