“Məişət zorakılığı ilə bağlı hüquqi baza var, amma burada nüanslar var ki, onları dəyişdirmək lazımdır”.
BAKU.NEWS xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.
O bildirib ki, bu, məişət zorakılığının qarşısının alınması və ya müəyyən tədbirlərin həyata keçirilməsi istiqamətində daha düzgün addımların atılması üçündür: “Məsələn, məişət zorakılığına məruz qalanların məhkəməyə əlçatanlığının təmin olunması, onların pulsuz hüquqi yardım alması ilə bağlı təkliflər vermişik. Qanunda dəyişiklik edilməsi ilə bağlı Nazirlər Kabinetinə sənədlər təqdim olunub”.


