Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Baş Prokurorluğu tərəfindən Qazaxıstanın səlahiyyətli orqanlarına ünvanlanan ekstradisiya sorğusu, habelə beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsindən sonra aparılmış danışıqlar nəticəsində Azərbaycan vətəndaşı Əskərov Tahir Aydın oğlunun Azərbaycan Respublikasına ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Belə ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə toplanmış materiallara əsasən, Əskərov Tahir Aydın oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitəni Azərbaycanın gömrük sərhədindən bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında 25.02.2026-cı il tarixdə onun barəsində Azərbaycan Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıq, satış məqsədilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və daşınması) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul olunub.
İstintaqdan yayındığı üçün barəsində həbs qətimkan tədbiri seçilərək Bakı şəhərində İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış verilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs Qazaxıstan ərazisində müəyyən edilərək saxlanılıb.
Ekstradisiya prosedurları başa çatdırılaraq həmin şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən Azərbaycana gətirilib və istintaq orqanına təhvil verilib.
TREND
- Bu şəxslər vergi ödəməyəcək
- Sabah 38 dərəcə isti olacaq
- Əhali pulunu hansı banklara daha çox etibar edir?
- Həkim səhvi ilə bağlı mübahisələdə məhkəmələr nəyə diqqət yetirirlər?
- Rəsmi Bakı Əfqanıstanı təbrik edib
- Yaşa görə pensiya alanlarla bağlı YENİ XƏBƏR
- Artıq marketlərdə kartla yox, “bir baxışla” ödəniş edəcəyik – MÜHÜM YENİLİK
- Səhlab Bağırova ağır itki üz verib


