Bakı Dövlət Universitetinin (BDU) 12 fakültəsində səlahiyyət müddəti bitmiş dekan vəzifələrinə seçkilər başa çatıb.
Seçkilər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na uyğun olaraq səsvermə yolu ilə keçirilib.
Yeni seçilmiş dekanları təqdim edirik:
Mamoy Mansurov – Geologiya fakültəsi,
Ələmdar Bayramov – Kitabxanaçılıq-informasiya fakültəsi,
Rövşən Cavadov – Sosial elmlər və psixologiya fakültəsi,
Afət Məmmədova – Biologiya fakültəsi,
Ziyatxan Əliyev – Mexanika-riyaziyyat fakültəsi,
İbrahim Zeynalov – Tarix fakültəsi,
Bəxtiyar Paşayev – Fizika fakültəsi,
Elçin Məmmədov – Filologiya fakültəsi,
Aydan Xəndan – Şərqşünaslıq fakültəsi,
Laçın Abışlı – Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi,
Fuad Kərimov – Kimya fakültəsi,
Akif Ağbabalı – Ekologiya və torpaqşünaslıq fakültəsi.


