PR mütəxəssisi Azər Nəzərov Bazarstore-da alış-veriş zamanı başına gələn maraqlı hadisəni bölüşüb.
“Bayaq Bazarstore-un Yasamaldakı MİDA binalarında olan flialından alış-veriş edəndə necəsə olub cibimdən pul düşüb. Yəqin, bayaq sözü gedən marketin mühafizə əməkdaşı zəng vurub, “Azər müəllim, kassada pulunuz düşüb, kənarda qoymuşuq, gəlib götürün” deməsəydi hələ bir neçə saat da pul itirdiyimdən xəbərsiz olacaqdım. Deməli, Kameraya baxıb pulun məndən düşdüyünü müəyyən edib, sonra isə kassada müştəri kartıma baxaraq mobil nömrəmi tapıb zəng vurublar 🙂 Söhbət məbləğdə deyil, münasibətdə və diqqətdədir. Belə xoş davranış günün bütün yorğunluğunu apardı. Təsəvvür edin, pul itirirsiz və siz hələ fərqinə varmadan onu sizə məkan xəbər edir. Bazarstore team, möhtəşəmsiz”.



