AĞ Ev ABŞ Prezidenti Co Baydenlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın görüşəcəyi tarixi və yeri açıqlayıb.
BAKU.NEWS xəbər verir ki, Ağ Evin məlumatında liderlərin iyunun 14-də Brüsseldə görüşəcəyi bildirilir. Baydenlə Ərdoğan NATO sammiti çərçivəsində bir araya gələcəklər.
Onlar ikitərəfli əlaqələri və regional məsələləri müzakirə edəcəklər.


