Noyabrın 3-də ABŞ-da keçirilən prezident seçkilərində qələbəsini elan edən Co Baydenin tomoqrafiya müayinəsinin nəticələri açıqlanıb.
BAKU.NEWS “RİA Novosti”ə istinadla xəbər verir ki, bununla bağlı onu yoxlayan həkim açıqlama verib.
Həkimin sözlərinə görə, kompüter tomoqrafiyası yan və orta sümüklərin sapabənzər sınıqlar olmasını təsdiqləyib.
Qeyd edilib ki, Bayden bir neçə həftə qoruyucu çəkmələrdə gəzməli olacaq.


