Xəzər dənizində batma təhlükəsi ilə üzləşən dörd nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən BAKU.NEWS-a bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan” və “Zuğulba-3” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.


