“Mərdəkan”, “Qızılqum” sularda xilasetmə məntəqələrinin ərazisində və “Bilgəh” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.
Bu barədə BAKU.NEWS-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, əməliyyat Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılıb.


