Bankların xalis və əməliyyat mənfəətində artım qeydə alınıb
Valyuta.az xəbər verir ki, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyət göstərən banklar 774.3 milyon manat xalis mənfəət əldə ediblər.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon manat və ya 0.26% çoxdur. Hesabat dövründə bankların əməliyyat mənfəəti də artaraq 1 187.5 milyon manata çatıb. Bu göstərici ötən ilin eyni dövründə 1 148.2 milyon manat olmuşdu. Beləliklə, əməliyyat mənfəətində 39.3 milyon manat və ya 3.42% artım qeydə alınıb.
Cari ilin 8 ayında banklar ümumilikdə 187.9 milyon manat məbləğində mənfəət vergisi ödəyiblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12.8 milyon manat və ya 7.31% çoxdur.


