Azərbaycanın bank sektorunda xalis mənfəətin artması ilə yanaşı, əhalinin problemli kreditlərinin çoxalması müşahidə olunan əsas meyillərdəndir. Bu vəziyyət, bir tərəfdən vətəndaşların öhdəliklərini icra etməkdə çətinlik çəkməsindən, digər tərəfdən isə yüksək faiz dərəcələri və komissiya gəlirlərindən qaynaqlanır. Nəticədə, vətəndaşların borc yükü artsa da, maliyyə institutu kimi bankların ümumi balans göstəriciləri müsbət dinamika nümayiş etdirir.
Bəs bu təzadın səbəbləri nədir? Əhali krediti ödəməkdə çətinlik çəksə də banklar necə mənfəətlərini artırırlar?
Mövzu ilə bağlı Plat.az-a açıqlamasında iqtisadçı Namiq Hüseynov bildirib ki, düzdür bankların xalis mənfəəti artıb, amma nəzərə almaq lazımdır ki, artım tempi aşağı düşüb:
“Əgər yanvar-may aylarında xalis mənfəətin artımı 29,35% təşkil etmişdisə, yanvar-iyun aylarında 24,2% olub. Problemli kreditlərin artmasına gəlincə isə, bu, bank aktivlərinin idarə olunmasının, daha dəqiq desək, kredit qoyuluşunun keyfiyyətinin aşağı düşdüyünü göstərir”.
Ekspert əlavə edib ki, hazırda problemli kreditlər sektorun kredit qoyuluşunda cəmi 2,1% paya malikdir və banklara elə də çətinlik yaratmır:
“Yəni, banklar verdikləri hər 100 manat kreditin cəmi 2,1 manatının geri ödənişində problem yaşayırlar. Bu da hələ ki, idarəolunan səviyyədir. Sadəcə iyun ayında problemli kreditlərin ciddi artımı müşahidə olundu. Bunu da banklar üçün xəbərdarlıq siqnalı kimi qiymətləndirmək olar”.
TREND
- Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib
- İranın neft naziri istefa verdi
- Gülnaz Dadaşova beynəlxalq konfransda təltif olundu – FOTOLAR
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb


