Bakı-Həştərxan-Bakı istiqamətində müntəzəm uçuşlar sentyabrın 30-da bərpa olunacaq.
Bu barədə Redaksiya Həştərxan Beynəlxalq Hava Limanına istinadən xəbər verir.
Bildirilib ki, “Azərbaycan Hava Yolları” QSC (AZAL) Azərbaycan paytaxtına birbaşa müntəzəm uçuşları həyata keçirəcək.
Məlumata əsasən, Həştərxan Beynəlxalq Hava Limanından uçuşlar həftədə üç dəfə – çərşənbə, cümə və bazar günləri planlaşdırılır. Səyahət müddətinin 1 saat 25 dəqiqə olması gözlənilir. Daşıyıcı bu marşrut üzrə “Embraer E-190” təyyarələrindən istifadə edəcək.
Xatırladaq ki, AZAL 2025-ci il fevralın 3-də Rusiyanın Həştərxan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırmışdı. (Report)
TREND
- Həcc ziyarətində yeni xidmətlər, yeni qiymətlər – AÇIQLAMA
- 91 mənzil kirayə yolu ilə satışa çıxarılır – Aylıq ödəniş 419 manatdan başlayır
- Bakıda tanınmış iş adamları, nüfuzlu simalar və biznes nümayəndələri bir araya gəldi
- Vergi ödəmədən xaricdən nə gətirmək olar?
- Gələn ildən nə qədər gəlir vergisi ödəyəcəyik?
- Azərbaycan–Britaniya tərəfdaşlığında iqtisadi gündəm: investisiya, ticarət və Orta Dəhliz
- Emin Əmrullayev Naxçıvanda müəllimlərlə görüşüb
- Quş qripi və Nyukasl xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək


