“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tender elan edib.
Yeni park 28 May küçəsindən “The Ritz-Carlton Baku” otelinə qədər olan 12 hektar ərazidə salınacaq.
Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda yeni istirahət parkının salınmasının layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı işlərə başlayıb.
Tenderin ehtimal olunan qiyməti 2 milyon 450 min olaraq hesablanıb və tender may ayının 7-dək davam edəcək
Qeyd edək ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin qanuni təmsilçisi Əliyev Abit Sadıq oğludur. 2019-cu ilin fevral ayında dövlət qeydiyyatına alınan bu MMC-nin nizamnamə kapitalı 100 manatdır.


