Bu gün Bakının Neftçilər prospekti, 153 ünvanında yerləşən yeni “Crescent Mall” ticarət mərkəzinin 3-cü mərtəbəsində “Xiaomi” şirkətinin ikinci monobrend mağazası olan “Xiaomi Store”un açılışı olub.
Yeni mağazada “Xiaomi”, “Redmi Note” və “Redmi” brendlərinin bütün əsas kateqoriyaları üzrə məhsullar – smartfonlar, planşetlər, məişət texnikası və ev üçün elektrik avadanıqları, taxılan cihazlar, aksesuarlar və s. əldə edə bilərsiniz.
Bundan başqa, iyulun 2-dək mağazanın qonaqları açılışa özəl xüsusi təkliflərdən yararlana biləcəklər. Belə ki,
● “Xiaomi 14” smartfonu əldə edərkən “Xiaomi Watch S3” smart-saatı;
● “Redmi Note 13 Pro” smartfonu alarkən “Redmi Buds” simsiz qulaqlıqlar;
● “Redmi Note 13” smartfonu əldə edərkən “Xiaomi Band 8” fitnes qolbağı;
● 100 AZN-dən yuxarı alış-veriş edərkən 10.000 mAh gücündə power bank hədiyyə alacaqsınız.
Tələsin, təklif sayı məhduddur!





