Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğında ölənlərin sayı 5-ə çatıb.
BAKU.NEWS xəbər verir ki, bunu Baş Prokurorluğun Kriminalistika və informasita texnologiyaları idarəsinin rəis müavini, Kriminalstika şöbəsinin rəisi Orxan Rzayev deyib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğın söndürülüb. Hazırda yanğının tam söndürülməsi və hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.


