Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında keçirilən “Şən Hazırcavablar” Yunior Liqası Festivalı məktəblilər arasında həm yumor, həm səhnə mədəniyyəti, həm də dostluq ruhunu bir araya gətirib.
Festivalda iştirak edən məktəblər arasında münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib:
I Yer –17 nömrəli məktəb
II Yer – 18 və 6 nömrəli məktəblər
III Yer – 193 və 189-190 nömrəli məktəblər
Xüsusi mükafatlar:
🔹 Ən yaxşı konfransye – 7 nömrəli məktəbdən Cəfərli Banu
🔹 Ən gülməli musiqili nömrə – 160 nömrəli məktəb Qurbanbekov Mikayıl
🔹 Gələcəyin ulduzu – 160 nömrəli məktəbdən Mirzəliyev Kənan
🔹 Ən yaxşı aktyor – 17 nömrəli məktəbdən Həsənov Orxan
🔹 Ən yaxşı aktrisa – 17 nömrəli məktəbdən Namazova Fatimə
🔹 Tamaşaçıların sevimlisi – 160 nömrəli məktəb
Festivalın Tapıntısı:
🔹 21-ci əsr komandası
🔹 200 nömrəli məktəb
Qeyd edək ki, liqanın bədii rəhbəri Səməndər Rzayev, direktoru isə Cavid Şahbazbəyovdur. Festival möhtəşəm atmosferi və iştirakçıların yüksək performansları ilə yadda qaldı.
“Şən Hazırcavablar” Junior Liqası gələn mövsüm daha da genişlənəcək və yeni məktəbləri səhnəyə cəlb edəcək.












