Bakıda Qırğızıstan vətəndaşına qarşı dələduzluq edilib.
BAKU.NEWS xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini İlham adlı şəxs Qırğızıstan vətəndaşı Samat Kaynazarovu onun adına avtomobil rəsmiləşdirmək adı ilə aldadaraq 400 dollarını ələ keçirib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.


