Bakıda qadın hündürmərtəbəli yaşayış binasından özünü atıb.
BAKU.NEWS “Qafqazinfo”a istinadla xəbər verir ki, hadisə bir neçə dəqiqə öncə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Akkord” MTK-ya məxsus yaşayış kompleksində baş verib.
Orta yaşlı qadın özünü kompleksin 5-ci binasından ataraq intihar edib. Qadının şəxsiyyəti hazırda məlum olmasa da, hadisə şahidləri onun binada yaşayan sakin olduğunu bildiriblər.
Meyit ərazidən götürülüb, faktla bağlı araşdırma aparılır.
Məlumata görə, qadın özü həmin binanın ikinci mərtəbəsində yaşasa da, 11-ci mərtəbəyə çıxaraq blokun balkonundan özünü atıb.



