“Yasamal rayonu Hüseyn Cavid küçəsi, 49K ünvanında kranın obyektin üzərinə aşması nəticəsində dükana, iki maşına və həyətin içindəki mənzilə dəymiş ziyan podratçı şirkət tərəfindən qarşılanacaq”.
Bu məlumat Oxu.Az-a Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilib.
“Qeyd edilən ünvanın fasadında rəngləmə işləri aparılan zaman podratçı şirkətə aid kranın sistemində baş vermiş xəta üzündən kran yaxınlıqdakı dükanın üzərinə aşıb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. Dükana, iki maşına və həyətin içindəki fərdi yaşayış evinin fasadına dəymiş ziyan podratçı şirkət tərəfindən qarşınacaq.
Ərazidə iş aparan podratçı şirkətin adı “BİN Group”dur. Eyvanlarda bərpa işlərinin aparılması əvvəldən də nəzərdə tutulmuşdu. Qəza səbəbindən fasadda yaranan problemlər də tez bir zamanda aradan qaldırılacaq”, – deyə məlumatda bildirilib.


